Banner

İqtisadiyyat

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb | FED.az
11:10 30 İyun 2020

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. 

Eləcə də bax: "Sumqayıt Kimya Sənaye Parkında yeni layihələrin icrasına başlanılacaq"

FED.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

“Yeni sistemə 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, - deyə nazir qeyd edib. 

Digər xəbərlər

Banner