Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Zaporoji vilayətində Ukrayna bankları tərəfindən əhaliyə ayrılmış kreditlər sıfırlanıb. FED.az xəbər verir ki, Zaparoje hərbi-mülki müdiriyyəti (Rusiyanın işğal etdiyi Ukrayna şəhərlərində yarıdılan idarəçi qurum – FED.az) bəyan edib ki, vilayətin əhalisinin Ukrayna banklarından götürdüyü kreditlər sıfırlanacaq.
Eləcə də bax: Xersonda rubl dövriyyəyə - BURAXILIB
«İnsanlar soyğunçu faizlərlə alınmış kreditləri qaytarmayacaqlar, burada məntiq yoxdur. Bütün kreditlər sıfırlanacaq».
Qeyd edək ki, Ukrayna banklar da buna cavab olaraq həmni ərazilərdəki şəxslərin bank əmanətlərini bloklayıblar.
Yeri gəlmişkən bu ərazilərdə martın 1-dək olan kommunal borclar da sıfırlanıb.