Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.
Onun sözlərinə görə, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib. (Qafqazinfo)