"Azexport" portalı fəaliyyətə başladığı 2017-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayının sonuna qədər (67 ay ərzində) 145 ölkədən 3 milyard 120 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın avqust sayına bildirilir.
Məlumata görə, bunun 288,4 milyon ABŞ dolları 2022-ci ilin yanvar-iyul aylarının, 40 milyon ABŞ dolları isə iyul ayının payına düşüb.
İyunda ixrac sifarişlərinin tərkibində şərab, meyvə şirəsi, tomat, mineral su, tütün, fındıq ləpəsi, fındıq qabığı, biyan kökü, toyuq əti, şaftalı, mühərrik yağı, tibbi zəli və s. məhsullar üstünlük təşkil edib. (Report)