Azərbaycan və Türkiyə rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi aparacaq.
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib - FƏRMAN
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin rəqabət qurumlarının iştirakı ilə keçirilən iclas çərçivəsində Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle ilə ikitərəfli görüş baş tutub: “Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs etdik. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verdik”.
“Hər iki qurumda kadr potensialının inkişaf etdirilməsi məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması istiqamətində razılığa gəldik", - deyə M.Abbasbəyli vurğulayıb.