Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Natiq Şirinov Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib.
Prezident Natiq Şirinovu Gömrük Komitəsində yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
FED.az xəbər verir ki, Natiq Şirinov Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə – 2016-cı ildə Baş vergi xidməti müşaviri Natiq Telman oğlu Şirinov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib.
Prezidentin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə ona 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.