Azərbaycanda tətbiq edilən nəzarət tədbirləri və maarifləndirmə nətitcəsində karantin qaydalarına əməl etməyərək pozuntuya yol verən sahibkarlar azalır.
Eləcə də bax: “Bizim market”, “Rahat Market”, “Zeytun Aptek” - POZUNTU OLAN OBYEKTLƏR - SİYAHI
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq belə nəzarət tədbirləri keçirilir.
İndiyədək monitorinq keçirilmiş 16 133 sahibkarlıq subyektinin 6 778-də və ya 42%-də nöqsanlar aşkar edilib. Nazirlik qeyd edir ki, son günlər sahibkarlar bu qaydalara daha intizamla riayət edir: «Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir».
Nəticədə əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb: «Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır» - deyə nazirlikdən bildirilib