Gəncə şəhərində torpaqların və digər dövlət əmlaklarının idarəedilməsi, istifadəyə verilməsi və onların mühafizəsi istiqamətində mövcud vəziyyətin təhlili, birgə fəaliyyət istiqamətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə zona müşavirəsi keçirilib.
FED.az xəbər verir ki, tədbiri İqtisadiyyat Nazirliyi təşkil edib.
Müşavirədə nazirliyin regional idarələrinin, hüquq-mühafizə orqanlarının və icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.