İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.
Eləcə də bax: Karantini pozanları İqtisadiyyat Nazirliyi də - CƏRİMƏ EDƏCƏK - YENİLİK
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.
Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi.