İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzininin icraçı direktoru vəzifəsinə təyinat olub.
Eləcə də bax: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu vəzifə Tamerlan Tağıyevə həvalə edilib.
T.Tağıyev bu təyinata qədər İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinin rəhbəri vəzisində çalışıb.
Hazırda o, həm də IsDB-nin Direktorlar Şurasının üzvüdür.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.