İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinə daha bir müşavir təyin edilib.
FED.az xəbər verir ki, bu, Fuad Pənahovdur.
Eləcə də bax: İqtisadiyyat Nazirliyinin tabeliyində - 3 DÖVLƏT XİDMƏTİ OLACAQ
O, bundan əvvəl Nazirliyə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini olub. F.Pəhanovu keçmiş vəzifəsində indiyə qədər bu şirkətdə çalışan Elxan Şiriyev əvəz edib.
AZPROMO prezidentinin digər müşaviri isə əvvəlki qaydada Nəcmin Həsənlidir. Fondun prezident vəzifəsini isə müvəqqəti olaraq Yusif Abdullayev icra edir.
Nazirlər Kabinetində - YENİ TƏYİNATLAR - SİYAHI
Eləcə də bax: Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub - TƏYİNATLAR
Report