Bu ilin yanvar-fevral aylarında Gürcüstanda istehsal olunmuş ümumi daxili məhsulun dəyəri (ÜDM) ötən ilin eyni dövrünə nisbətən 8,3% az olub.
Eləcə də bax: "S&P" Gürcüstanın dövlət borcu bu il - Rekorda Çatacaq
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, təkcə fevral ayı üzrə azalma isə 5,1% təşkil edib.
Ötən ay qonşu ölkədə maliyyəa, ticarət, su təminatı, tullantıların idarə olunması sahələrindən başqa digər sektorlarda azalma qeydə alınıb. (Report)