2022-ci ildə Azərbaycana ətir və tualet suyu idxalı 2021-ci illə müqayisədə miqdar ifadəsində 6,4%, dəyər ifadəsində 15,6% artıb.
2022-ci ildə Azərbaycan şokolad ixracını - 1,7 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 362,09 ton, dəyəri $26 milyon 511,89 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Fransa 2021-ci ildə olduğu kimi 2022-ci ildə də sözügedən məhsulları Azərbaycana idxal edən ölkələr arasında lider olub. Ötən il bu ölkədən $10 milyon 556,6 min dəyərində 113,3 ton ətir və tualet suyu (miqdar ifadəsində artım 30,2%, dəyər ifadəsində artım 18,3%) idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Çin ($1 milyon 437,9 min dəyərində 477,4 ton), Rusiya ($2 milyon 474,6 min dəyərində 204,06 ton), BƏƏ ($1 milyon 889 min dəyərində 171,24 ton), Türkiyə ($1 milyon 275,7 min dəyərində 137,35 ton), Polşa ($1 milyon 569,54 min dəyərində 97,35 ton), İtaliya ($2 milyon 659,82 min dəyərində 45,79 ton) və İspaniya ($2 milyon 173,57 min dəyərində 42,39 ton) daxildir. (İnterfaks-Azərbaycan)