Azərbaycan 2022-ci ildə 4 539 ton şokolad idxal edib, bu da 2021-ci ilin göstəricisindən 74% çoxdur.
Gürcüstan Azərbaycandan yarım milyon dollarlıq - ŞOKOLAD ALIB
FED.az xəbər verir ki, ölkəyə idxal olunan şokoladın dəyəri $11 milyon 790,12 min həcmində qiymətləndirilir (artım 2,1 dəfə).
Həmçinin, Rusiyaya ixrac $1 milyon 719,76 min (аzalma 11,9%) dəyərində 678,89 ton (аzalma 28,9%) təşkil edib.
Gürcüstana $1 milyon 956 min dəyərində 678,5 min ton, Səudiyyə Ərəbistanına - $1 milyon 463 min dəyərində 508 ton, BƏƏ-yə - $1 milyon 207 min dəyərində 470 ton şokolad ixrac olunub .
Eyni zamanda, 2022-ci ildə Azərbaycan $59 milyon 214,91 min dəyərində (artım 4,4%) 19 min 146 ton (azalma 10,3%) şokolad idxal edib.
Azərbaycana şokoladın ən iri tədarükçüsü Rusiya olub. Xüsusilə, 2022-ci il ərzində RF-dən $32 milyon 71 min dəyərində (azalma 8,4%) 12,096 min ton (azalma 21,3%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 63,2%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2022-ci il ərzində bu ölkədən $4 milyon 635,19 min dəyərində 1,794 min ton məhsul idxal edilib. (İnterfaks-Azərbaycan)