Taxıl dəhlizi vasitəsi ilə dünya bazarlarına göndərilən 17 milyon ton Ukrayna taxılının 5 milyon tonu Sahara səhrasının cənubundakı Afrika ölkələrinə çatdırılıb.
Türkiyəli nazir: "Bir ton buğdanın qiyməti 320 dollara enib"
FED.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandaya səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bugünədək Ukrayna limanlarında gəmi ilə yola düşən taxılın 60 faizdən çoxu aşağı və orta gəlirli ölkələrə göndərilib.
Nazir Çavuşoğlunun sözlərinə görə, bu amillər dünya bazarlarında taxılın qiymətini 8 faizədək ucuzlaşdırıb. (Apa)