1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“BYD” Azərbaycanda elektrobusların istehsalını - TƏŞKİL EDƏCƏK
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.
Onun sözlərinə görə, bunun 754,1 milyon ABŞ dolları neft-qaz, 176,7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılıb.
"Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir", - deyə icraçı direktor qeyd edib.
"Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin yanvar -may aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artaraq 1,3 milyard ABŞ dolları təşkil edib", - deyə Y.Abdullayev əlavə edib. (Report)