“Azərbaycan İnvestisiya Şirkəti” ASC, Çinin “BYD Company Limited” və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.
Çin şirkəti Azərbaycanda elektrikli avtobus - İSTEHSAL EDƏ BİLƏR
FED.az xəbər verir ki, “Memorandum Sumqayıt Kimya Sənaye Parkının ərazisində elektrobus istehsalı zavodunun tikintisini nəzərdə tutur”, - deyə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov sosial şəbəkədə yazıb.
Zavodda ildə 150-200 ədəd elektrobus istehsal olunacaq ki, bu da daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracaq.