İqtisadiyyat Nazirliyinə 2022-ci il dövlət büdcəsindən ayrılan vəsait azaldılıb.
Eləcə də bax: Prezident büdcənin tətbiqi barədə fərmanda - DƏYİŞİKLİK EDİB
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə ayrılan xərclərin məbləği müvafiq olaraq 54,091,668 manatdan 5,810,010 manata azaldılıb.
Daxili İşlər Nazirliyinə isə yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi üçün 48,281,658.0 manat vəsait ayrılıb.
Qeyd edək ki, digər fərmanla Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etməlidir. Əvvəllər bu sahədə səlahiyyət İqtisadiyyat Nazirliyində olub. (Apa)