Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin ("KOB evi") təqdimatı keçirilib.
FED.az xəbər verir ki, tədbirdə sahibkarlara müxtəlif xidmət göstərən dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Təqdimatda "KOB evi" konsepsiyası, hazırda dəstək mexanizmin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.
"KOB evi"ndə sahibkar məmnunluğu, operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri təmin edilməklə, biznes subyektlərinə 30-dan çox dövlət qurumları tərəfindən 110-a yaxın dövlət-biznes (G2B) və 1 000-dən artıq biznes-biznes (B2B) xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Hazırda Bakı şəhərində ilk "KOB evi"nin təşkili istiqamətində müvafiq tədbirlər görülür və ilk "KOB evi"nin bu il sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.
Eləcə də bax: Maaşlar artır, natəmiz adamlar qiymətləri qaldırırlar - PREZİDENTDƏN XƏBƏRDARLIQ