İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2022-ci ili 1 milyon 225 min manat mənfəətlə başa vurub.
AZPROMO Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu ilə - Anlaşma Memorandumu İmzalayıb
FED.az xəbər verir ki, agentliyin maliyyə hesabatına görə ötən il qurumun gəlirləri 3 milyon 854 min manat, xərcləri isə 2 milyon 629 min manat təşkil edib.
Bu il yanvarın 1-nə AZPROMO-nun aktivləri 2 milyon 221 min manat olub ki, bu da illik müqayisədə 14,8 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 6,6 dəfə artaraq 996 min manata çatıb, 1 milyon 225 min manatlıq balans kapitalı formalaşıb.
AZPROMO 2003-cü ildən fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun bazasında 2021-ci ildə yaradılıb. Agentliyin missiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafı, istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərmək və dəstək verməkdir. (Report)