İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə pomidor ixracatçıları ilə görüş keçirilib.
Azərbaycanın pomidor ixracından gəliri - 20% AZALIB
FED.az AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə qurumun dəstək tədbirləri haqqında məlumat verilib, ixrac coğrafiyasının genişləndirilməsinin vacibliyi vurğulanıb, xarici bazarlara tədarükün diversifikasiyası üçün tələb olunan ixrac prosedurları ilə bağlı müzakirələr aparılıb.
Agentlik yeni bazarların araşdırılması və yeni əməkdaşlıq əlaqələrin yaradılması üçün beynəlxalq sertifikatların alınma prosesi və qəbul edilmiş keyfiyyət standartlarının meyarları haqqında iştirakçılara məlumat verib, ixracatçıların suallarını cavablandırıb.