2023-cü ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə dəyəri 31 milyon 170 min dollar olan 24 491 ton pomidor ixrac edilib.
Azərbaycan Rusiyaya pomidor tədarükündə - BİRİNCİ YERDƏDİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
Ötən ilin 3 ayı ilə müqayisədə pomidor ixracından gələn gəlir 20%, miqdarı isə 23% azalıb.
2022-ci ilin yanvar-mart ayında Azərbaycandan 38 milyon 822 min dollar dəyərində pomidor ixrac edilib. İxrac edilən məhsulun miqdarı isə 31 763 ton olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az