Bu ilin yanvar-may aylarında Azərbaycan 47,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 25% azdır.
Bu il Azərbaycanda qızıl istehsalı - 21%-Ə YAXIN AZALIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 62,9 mln. dollar təşkil edib.