Azərbaycanda hüquqi şəxslərdə yaradılan iş yerlərinin sahələr üzrə bölgüsü açıqlanıb.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - İŞ YERİ YARADILAN RAYONLAR – SİYAHI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkə üzrə 192 min yen iş yeri yaradılıb. Bunun 107 mini və ya 55,7%-i hüquqi şəxslərdə – şirkət və təşkilatlarda yaradılıb.
Ən çox iş yeri inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində yaradılıb – 49,4 min. Sonrakı yerləri tikinti, emal sənayesi, dövlət idarəetməsi və kənd təsərrüfatı tutur.