İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Daxili ticarət haqqında" qanun layihəsi hazırlayıb.
Eləcə də bax: Antiinhisar Xidməti ötən il 710 min manatdan artıq maliyyə sanksiyası - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Ümid edirik ki, sənədlə bağlı bu il dövlət qurumları arasında əlaqələndirmə prosesləri yekunlaşacaq və sənəd hökumətə təqdim olunacaq", - deyə o, qeyd edib. (Report)