2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunvericiliyin pozulması üzrə 20 iş qaldırıb.
Eləcə də bax: Sahibkarlardan istehlakçı müraciətlərinə operativ reaksiya vermək - TƏLƏB OLUNUB
FED.az xəbər verir ki, qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, il ərzində bazar iştirakçılarına 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq olunub, müvafiq təlimat və göstərişlər verilib. (Report)