2025-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 2 milyard 202,4 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 672,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
2025-ci ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və ya 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.