Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 2,8%-ə Düşüb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunub ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin noyabr ayına nisbətən 102,4% təşkil edib.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4%, əvvəlki ilin noyabr ayına nisbətən 103,9% olub.
“2020-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin noyabr ayına nisbətən 101,2% təşkil edib. Noyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin noyabr ayına nisbətən 101,1% olub”, - açıqlamada deyilir. (Apa)