Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 703 901,3 min ABŞ dollarına bərabər olub.
Eləcə də bax: Azərbaycana yeyinti məhsulları idxalı - Daha Çox Valyuta "Yeyir"
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparəlan hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 11% artıb.
Ümumilikdə cari ilin ilk dörd ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,42% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,57 faiz bəndi azdır. (Apa)