Bu ilin yanvar-iyun aylarında Azərbaycana 50 278,06 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Eləcə də bax: Azərbaycan Tümendən taxta idxalına görə - DÖRDÜNCÜ OLUB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16% artıb.
Bu ilin may ayı ilə müqayisədə isə iyunda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 2 738,1 min dollar və ya 33% artıb.
İyun ayında ölkəyə 11 060,9 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, bu ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,79% bərabər olub. (Apa)