Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 20,171 min ton şokolad idxal edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 11,9% çoxdur.
Eləcə də bax: Azərbaycan ərzaq məhsullarının idxalını - 11,5% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, ölkəyə idxa olunan şokoladın dəyəri $59 milyon 557,91 min həcmində qiymətləndirilir (artım 20,9%).
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Xüsusilə, 2021-ci ilin 9 ayı ərzində RF-dən $24 milyon 573,4 min dəyərində (artım 16,8%) 10,971 min ton (artım 12%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 54,4%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 9 ay ərzində bu ölkədən $3 milyon 454,62 min dəyərində 1,614 min ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-sentyabr aylarında $3 milyon 141,47 min dəyərində (artım 34,5%) 1,495 min ton (artım 43,3%) şokolad ixrac edib. Həmçinin, Rusiyaya $968,15 min (artım 21,3%) ixracın həcmi 496,46 ton (artım 24,8%) olub.
Azərbaycan 2020-ci ildə $72 milyon 875,54 min dəyərində 26,023 min ton şokolad idxal edib. 2019-cu illə müqayisədə şokolad idxalı miqdar ifadəsində 7,6%, dəyər ifadəsində - 2,8% artıb. Ötən il ərzində RF-dən $30 milyon 913,48 min məbləğində 14,217 min ton şokolad idxal olunub. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycana şokolad idxalının 54,6%-i RF-nin payına düşüb.
Eyni zamanda, 2020-ci ildə Azərbaycan $3 milyon 900,92 min dəyərində 1,835 min ton şokolad ixrac edib.