Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsullarının idxalını 11,5% - $1 milyard 321 milyon 201,73 minədək artırıb.
Eləcə də bax: Azərbaycandan Rusiyaya pomidor ixracı - 2 AYDIR DAYANIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 689 min 657,21 ton (azalma 28,8%) buğdanın ($182 milyon 729,02 min), 261 min 979,1 ton (artım 11,8%) meyvə-tərəvəz məhsullarının ($150 milyon 130,58 min), 28 min 102,72 ton (azalma 16,5%) ətin ($48 milyon 93 min), 111 min 160,61 ton (azalma 7,3%) bitki və heyvan mənşəli yağların ($155 milyon 514,16 min) payına düşüb.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $57 milyon 466,4 min dəyərində 11 min 237,22 ton kərə yağı (azalma 11,6%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,83%-i ərzaq məhsullarının payına düşüb.
Azərbaycan 2020-ci ildə ərzaq məhsullarının idxalını 0,2% - $1 milyard 640 milyon 721,66 minədək azaldıb.Hesabat dövründə Azərbaycana bütün idxalın 15,29%-i ərzaq məhsullarının payına düşüb.