Azərbaycan cari ilin may ayında Ukraynadan şəkər idxalının həcminə görə lider olub. Bu barədə Ukrayna mətbuatı xəbər verir.
ELƏCƏ DƏ BAX : Azərbaycan iş adamları Almaniyaya - QURU XURMA SATACAQ
Ukrayna Şəkər İstehsalçıları Milli Assosiasiyasının ("Ukrtsukor") məlumatına görə, mayda Ukrayna istehsalçıları 40 min tondan çox şəkər ixrac ediblər ki, bu da cari ilin aprel ayının göstəricisi ilə müqayisədə 30% çoxdur.
Azərbaycan Ukrayna istehsalı olan şəkərin əsas idxalçısı olaraq qalır. May ayında ixrac edilən şəkərin 29%-i (11,6 min ton) Azərbaycanın payına düşüb.