Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında 759,2 ton sitrus meyvə ixrac edib.
Azərbaycana idxal edilən tropik meyvələr gömrük rüsumundan - AZAD EDİLİR
FED.az-a bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən deyiblər.
Nazirlikdə illik hesablamada bu göstəricinin 10,8 dəfə artdığı vurğulanıb.
"İxrac göstəricisi dəyər ifadəsində 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6,6 dəfə artaraq, 619,7 min dollar olub", - nazirlikdən bildiriblər.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanın ixrac olunan kənd təsərrüfatı məhsullarının dəyəri 2021-ci illə müqayisədə 3,2 faiz artaraq 1,14 milyard dolları keçib. Ötən il ölkədən ümumilikdə 396 min ton meyvə ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə 5,6 faiz yüksəkdir. (Trend)