2023-cü ilin yanvar ayında Azərbaycana 43 milyon 423 min dollar dəyərində 142 656 ton buğda idxal edilib.
Eləcə də bax: Azərbaycanda xaricdən taxıl asılılığının azaldılması üçün proqram - HAZIRLANACAQ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
2022-ci ilin yanvar ayında Azərbaycana 32 milyon 475 min dollar dəyərində 93 705 ton buğda idxal edilmişdi. Belə ki, illik müqayisədə buğdanın idxalı dəyər ifadəsində 37%, miqdar ifadəsində isə 1.5 dəfə artıb.
Azərbaycana 1 ton buğdanın orta idxal qiyməti 346 dollardan 304 dollara düşüb (42 dollar azalıb).