2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 min 638,68 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34,9% çoxdur.
Azərbaycan I yarımillikdə fındıq ixracından gəlirlərini - 38% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Meşə fındığının ixracından $70 milyon 654,81 min məbləğində gəlir (artım 26,3%) əldə edilib.
Azərbaycan fındığının əsas idxalçıları İtaliya, Rusiya və Almaniyadır.
Xüsusilə cari ilin yanvar-sentyabr aylarında İtaliyaya $23 milyon 575,29 min məbləğində 3,784 min ton, Rusiyaya 5 min 726,36ton ($30 milyon 727,43 min), Almaniyaya 1,839 min ton ($11 milyon 501,04 min) meşə fındığı ixrac edilib.
Azərbaycan dünyada meşə fındığının ən iri istehsalçılarından və ixracatçılarından biridir.
Azərbaycan 2021-ci ildə $108,8 milyon dəyərində (2020-ci illə müqayisədə azalma 4,5%) meşə fındığı ixrac edib. (İnterfaks-Azərbaycan)