2022-ci ilin I yarısında Azərbaycan 9 min 666,18 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 47,5% çoxdur.
Eləcə də bax: Kiloqramı 2,1-2,3 manatdır - 6 MİN TON YIĞILACAQ
FED.az xəbər verir ki, qabığı təmizlənmiş meşə fındığının ixrac dəyəri $55 milyon 586,73 min (artım 38%) təşkil edib.
İtaliya, Rusiya və Almaniya Azərbaycan fındığının əsas idxalçıları olub.
Yanvar-iyun aylarında İtaliyaya $23 milyon 456,51 min dəyərində 3,762 min ton, Rusiyaya 3 min 47,86 ton ($16 milyon 924,38 min), Almaniyaya 1,675 min ton ($10 milyon 583,78 min) meşə fındığı ixrac edilib. İxracın qalan həcmi digər ölkələrin payına düşüb.
Azərbaycan dünyada meşə fındığının ən iri istehsalçılarından və ixracatçılarından biridir.
Azərbaycan 2021-ci ildə $108,8 milyon dəyərində (2020-ci illə müqayisədə azalma 4,5%) meşə fındığı ixrac edib. (İnterfaks)