2020-ci ildə Azərbaycan kartof ixracını 31,7% artırıb, ölkəyə kartof idxalı 20% artıb.
FED.az xəbər verir ki, 2020-ci ildə $33 milyon 786,21 min (artım 25,8%) dəyərində 81,388 min ton kartof (artım 31,7%) ixrac olunub.
Eləcə də bax: Azərbaycanda ötən il kartof idxalı ixracı - 2 Dəfədən Çox Üstələyib
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il bu ölkəyə $30 milyon 816,7 min dəyərində (artım 22,8%) 69,287 min ton kartof (artım 24%) ixrac edilib. Ümumilikdə, hesabat dövründə Azərbaycandan kartof ixracının 85,1%-i RF-nin payına düşüb.
2020-ci il ərzində Azərbaycana $49,517 milyon dəyərində (artım 31,1%) 182,653 min ton kartof (artım 20%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya və İran olub. Xüsusilə, Rusiya 36,036 min ton ($9 milyon 44,54 min), İran 97,775 min ton ($23 milyon 567,09 min) kartof tədarük edib.
2019-cu ildə Azərbaycan $26 milyon 851,81 min dəyərində 61,785 min ton kartof ixrac edib. (İnterfaks)