Almaniyada yanvarda illik inflyasiya, ilkin hesablamalara görə, bir ay əvvəlki 8,6%-dən 8,7%-ə qədər sürətlənib.
Almaniyada iki milyon boş iş yeri var – XARİCDƏN İŞÇİ CƏLB EDİRLƏR
FED.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsinin (Destatis) press-relizində deyilir.
Analitiklər inflyasiyanın 8,9%-ə qədər sürətlənəcəyini gözləyirdilər.
Dekabr ayı ilə müqayisədə yanvarda Almaniyada istehlak qiymətləri, ilkin hesablamalara görə, 1% artıb. Analitiklər 0,8% artım gözləyirdilər. Dekabrda isə əksinə, 0,8% deflyasiya qeydə alınmışdı.
Eyni zamanda, Avropa İttifaqı standartlarına uyğun olaraq ölkədə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi), ilkin hesablamalara görə, artımı illik müqayisədə bir ay əvvəlki 9,6%-dən 9,2%-ə qədər yavaşlayıb. Qiymətlər yanvarda isə, dekabrda 1,2% gerilədikdə sonra 0,5% artıb. Analitiklər müvafiq olaraq 10% və 1.2% rəqəmləri proqnozlaşdırırdılar. (Marja)