Azərbaycanda qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə, tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır.
Dünya Bankı Azərbaycana dair iqtisadi artım - PROQNOZUNU AZALTDI - DETALLAR
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, dövlət sektorunun tikintiyə investisiya qoyması artıma təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir.
Bundan başqa, Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində proqnozlaşdırır. (Azərtac)