Məşhur “Zəngin ata Kasıb ata” kitabının müəllifi Robert Kiyosaki hesab edir ki, 2024-cü ildə ən dəyərli investisiyalardan biri qızıl və gümüş olacaq.
FED.az xəbər verir ki, o, bu barədə YouTube-da “Rich Dad Radio” podkastının son buraxılışında bildirib.
"Siz bu qiymətli metalları zərgərlik şəklində biləklərinizdə, barmaqlarınızda və ya qulaqlarınızda tapa bilərsiniz" deyən maliyyə eksperti fiziki aktivlərə investisiya etməyin faydalarını izah edib.
Kiyosakinin fikrincə, qlobal iqtisadiyyatdakı qeyri-sabit vəziyyət qızıl və gümüşü həmişə sizin yanınızda olacaq etibarlı əmanətlər edir.
“Qiymətli metallar alıcı tapmağa ehtiyacı olmayan sabit sərvətdir. Tarix göstərir ki, bu aktivlər istənilən vaxt etibarlıdır» - deyə verilişin başqa qonağı, «Miles Franklin Precious Metals» qızıl sikkə zərb şirkətinin prezidenti Endi Şektman da əlavə edib.
Kiyosaki əvvəllər dəfələrlə gümüşü “ən böyük sövdələşmə” adlandırıb və investorları onu almaq fürsətindən istifadə etməyə çağırıb. Mütəxəssislər həmçinin artan sənaye tələbi sayəsində gümüş üçün güclü 2024-cü il proqnozlaşdırırlar.
Xatırladaqki, hazırda dünya birjalarında qızılın 1 unsiyasının (təqribən 31 qram) qiyməti 2147 dollar, gümüşün 1 unsiyasının qiyməti isə təqribən 23 dollardır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.