2024-cü ilin yanvar-fevral ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
FED.az xəbər verir ki, 5 milyard 114 milyon 976 min manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 1-ci, 1 milyard 726 milyon 977 min manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC 2-ci və 1 milyard 19 milyon 617 min manat dövriyyə ilə "Assist Finance İnvestisiya Şirkəti" ASC 3-cü yeri tutub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.