Beynəlxalq birjalarında böyük maraqla gözlənilən gün gəlib çatdı. Bu gün Amerikadan dərc ediləcək əmək bazarına dair önəmli fundamental göstəricilər dərc ediləcək. Statistik məlumatlar son günlər inflyasiyada müşahidə edilən güclü artımın qalıcı olub-olmayacağı ilə bağlı fikir ayrılığına da aydınlıq gətirəcəkdir. Beləliklə, Amerika sessiyasında Bakı vaxtı ilə saat 16:30-dan sonra EUR/USD, GBP/USD, USD/JPY və USD/TRY məzənnələrində yeni trend başlaya bilər.
Əlvan metallar bazarlarında qızılın qiymətində cümə axşamı başlayan artım dalğası, ilk baxışda ABŞ-da iqtisadi risklərə və dolların ucuzlaşmaqda davam edəcəyinə işarə olsa da, 1830$ güclü müqavimət səviyyəsi hesab edilir. Qırılması güclü fundamental əsas tələb edir. Alternativ sərmaye bazarlarında, kriptovalyuta birjalarında bitkoinin da qiyməti "flat" daxilində dalğalanmaqdadır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.