Hazırda populyar olan kriptovalyutalar artıq 5-10 ildən sonra dövlətlərin rəqəmsal pulları tərəfindən bazardan sıxışdırılıb çıxarılacaq.
FED.az xəbər verir ki, bu barədə «VTB Private Banking»in varlı müştərilərlə görüşündə Nyu-York universitetinin professoru, Nobel mükafatı laureatı Nuriel Rubini bildirib.
Qeyd edək ki, Rubini iqtisadi və biznes dairələrdə öz proqnozları ilə tanın məşğur ekspertdir, o dünyadakı bir neçə böhranı, o cümlədən 2008-ci ildəki qlobal böhranı əvvəlcədən dəqiqliklə proqnoz edib. Buna görə onu «Qiyamət öncəgörücüsü» adlandırırlar.
Rubininin sözlərinə görə, bitkoin və ona oxşar digər kriptovalyutalar pulları saxlamaq üçün etibarlı vasitə sayılmır.
«Hazırda 10 min müxtəlif kriptovalyuta var ki, onlar əsl valyuta sayılmır. Araşdırmalar göstərri ki, kriptovalyataların 80%-i fırıldaq məqsədilə yaradılıb»-deyə Rubini bildirib.
Proofessorun sözlərinə görə, dünya ölkələrinin Mərkəzi Bankları öz rəqəmsal pullarını buraxmağa başlayanda kriptovalyutaların da problemləri başlayacaq – fərqi yoxdur, bu Çin, ABŞ, Avropa İttifaqı, yoxsa Rusiyadır.
«Etibarlı və ucuz rəqəmsal valyutalar yarananda isə, insanlar rəqəmsal əməliyatlar zamanı məhz mərkəzi bankların valyutalarından istifadə edəcəklər. Ona görə də mən hesab edirəm ki, indiki vəziyyətdə kriptovalyutalar 5-10 il fəaliyyət göstərə biləcəklər. Mərkəzi Bankların buraxdığı rəqəmsal valyutalar daha etibarlı olacaq», - deyə professor kriptovalyuta bazarının gələcəyi ilə bağlı proqnozlarını paylaşıb.
Ekspert bildirir ki, vaxt keçdikcə dövlətlər kriptovalyuta bazarında tənzimlənməni gücləndirəcəklər.
«Hesab edirəm ki, hamı – Çin, ABŞ Fereral Rezerv Sistemi, Avropa, Britaniya, Yaponiya, Rusiya və digər ölkələrin mərkəzi bankları bu yeni növ aktivlərin tənzimlənməsinin vacibliyini başa düşüblər. Sivil ölkələrin əksəriyyəti pulların məsələn ABŞ-dan Seyşel adalarına anonim şəkildə, tamamilə monitorinqdən kənar formada köçürüldüyü dünyada yaşamaq istəməzlər. Çin, sözsüz ki, bu sahədə qadağalar tətbiq edəcək, amma hesab edirəm ki, qarşıdakı aylarda görəcəksiniz ki, ABŞ, Avropa, Britaniya və Yaponiya da bu sistem necəsə tənzimləmək istyəcəklər. Bütün bunlar bəzi kriptovalyutaların qiymətinin aşağı düşməsi ilə nəticələnəcək, amma onların tamamilə möhv olacağını düşünmürəm» -deyə ekspert bildirib.