Avropada karantin qaydalarının yumşaldılmasından sonra inflyasiya səyiyyəsi iki ildən sonra ilk dəfə 2%-ə qədər yüksəlsə də, bunun müvəqqəti olacağına dair narahatlıqlar avronun ucuzlaşmasına səbəb oldu. Həmçinin ABŞ-da biznes aktivliyinin artması dolların dünya birjalarında bahalaşmasına təkan verdi.
Qızıl həm ABŞ-da biznes mühitində aktivliyin artması həm də cümə günü dərc ediləcək əmək bazarına dair göstəricilərin artımla açıqlanacağı proqnozları fonunda 1894$-a kimi ucuzlaşıb. Artımların davam etməsi üçün isə 1910$ müqaviməti qırılmalıdır.
May ayının ikinci yarısından etibarən üfüqi tendensiya sərgiləyən kriptovalyuta bazarlarında gərginlik davam edir. Əgər bitkoinin (BTC) 38000$ həddininin üzərində möhkəmlənə bilsə, növbəti müqavimət hədləri kimi 42000$ və 48000$ səviyyələri çıxış edir.
Hazrıda 2610$ hədlərində ticarəti aparılan etereum 2751$ səviyyəsi üzərində möhkəmlənə bilsə, artımlar 2952$ və 3200$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.