Beynəlxalq birjalarda dolların məzənnələri FED-in son iclasından sonra təzyiq altında qalsa da, digər tərəfdən Amerika hökümətinin yeni iqtisadi - sosial dəstək proqramı və fundamental göstəricilərin yaxşı dərc edilməsi dəstəkləyici təsir bağışlayır, ucuzlaşma dinamikasının zəifləməsinə səbəb olur.
EUR/USD qiyməti üçün 1.21$-ın üzərindəki ticarətin qorunması önəmlidir, GBP/USD valyuta cütlüyü isə 1.39 - 1.40$ aralığında dalğalanır. USD/TRY məzənnəsində də gələn həftə açıqlanacaq TCMB-nin faiz qərarı fonunda üfüqi korreksiya müşahidə edilir.
Əlvan metallar bazarlarında qızılın qiymətində yeni artım dalğası fonunda da korreksiya müşahidə edilir və korreksiyanın 1738$-a kimi dərinləşməsi ilə yeni trendə başlayacağı ehtimalı da bərabərdir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan inflyasiya, iqtisadi inkişaf və işsizlik göstəricilərinin açıqlanması da önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.