Qızıl, yeni növ koronavirusun delta variantının yayılması və mərkəzi bankların yumşaq pul siyasətinin davam edəcəyinə dair gözləntilər ilə ardıcıl üçüncü həftədir bahalaşır.
FED.az xəvbər verir ki, çərşənbə axşamı günü sürətli bir yüksəlişlə 1815 dollara yüksələn unsiya qızıl, sonra yenidən 1800 dollardan aşağı düşmüşdü. Fed protokollarının açıqlanmasının ardından 1800 dolların üzərinə yüksələn qızıl, hazırda 1803 dollar ətrafında ticarət olunur.
Fed protokollarında qeyd edilib ki, qiymətli kağız alış proqramını azaltmaq üçün iqtisadi inkişafa işarə edən daha konkret məlumatlara ehtiyac var.
Oxford Economics-in ssenarilərinə görə, qızıl üçün ən pis ssenaridə istehlakçıların xərcləməyə fokuslanmaları ilə yaşanacaq bir inkişafda qızılın 2021-ci ili 1% bahalaşma ilə bağlayacağını gözləyir.
Koronavirusun yeni varyantlarının ortaya çıxması ilə pandemiyanın uzandığı ssenarisində qiymətli metalın qiyməti 2021-ci ildə 11%-dən çox yüksələ bilər (ən yaxşı ssenari).
İnkişafın gedərək sürətləndiyi orta ssenaridə isə qızılın 6% ətrafında gəlir təmin edəcəyi düşünülür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.