Amerikanın əmək bazarına dair müsbət, İngiltərənin mənfi və Avrozonanın inflyasiya göstəriciləri ilə bağlı isə mənfi proqnozların hakim olması, EUR/USD, GBP/USD məzənnələrinin təzyiq altında qalmasına səbəb olur. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikadan dərc ediləcək istehlak aktivliyi indeksi də investorların diqqət mərkəzindədir.
Əlvan metallar bazarlarında qızılın qiymətində isə eniş dalğası fonunda korreksiya müşahidə edilir. 1766$-ın qırılması ilə ucuzlaşma dalğasının davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında bitkoinin qiymətində bahalaşma başlayıb və 35 237 səviyyəsinin qırılması ilə 37287$-a kimi bahalaşma davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.