Foreks bazarlarında dolların qiyməti bahalaşsa da bunun doqquz ayın maksimumu ilə məhdudlaşacağı proqnozlaşdırılır. Amerikanın Əfqanıstandaki fəaliyyətinin uğursuzluq kimi qəbul olunması, dollara olan tələbin azalmasına səbəb ola bilər. Bununla yanaşı, yumşaq monetar siyasətin hökm sürdüyün bir şəraitdə inflyasiyanın 13 ilin maksimumuna yüksəlməsi də dollara olan təzyiqləri artıracaqdır.
Beləliklə, EUR/USD ucuzlaşsa da yenidən 1.16$-da dəstək görərək, yüksəlməyə başlaya bilər. Eyni mənzərə, GBP/USD məzənnəsində də 1.36$-da yaşanıla bilər. Qızılda bahalaşma dalğasının da başlayacağı proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında bitkoin dolların dəyər qazanması fonunda 44000$-a düşüb. Burada da korreksiya məzənnənin 44000$-ın üzərində qalması ilə kifayətlənərsə, bahalaşma dalğası yenidən sürət ala bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.