Amerikanın əmək bazarına dair müsbət və beləliklə, FED-in də siyasətini sərtləşdirəcəyinə dair proqnozların güclənməsi, EUR/USD, GBP/USD məzənnələrinin təzyiq altında qalmasına səbəb olur. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də diqqət mərkəzində olacaqdır.
Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqda davam edir və 1706$-a kimi davam edəcəyi ehtimal edilir.
Kriptovalyuta birjalarında isə bitkoin yenidən ucuzlaşır. Bunun səbəbi dollara olan tələbin artması ilə bitkoinə alternativ sərmayə aləti kimi tələbin azalmasıdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.